Təhsil Nazirliyi media nümayəndələri üçün “Biz Şuşadan danışırıq” videohekayə müsabiqəsinə start verir. Videohekayə müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında, Nazirlər Kabinetinin “Şuşa İli” ilə bağlı Tədbirlər Planının təsdiq olunması barədə sərəncamlarına və Təhsil Nazirliyinin bununla bağlı müvafiq planına uyğun olaraq həyata keçirilir.Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin məqsədi Şuşanın təhsilinə, mədəniyyətinə və tarixinə, elm adamlarının, tanınmış şəxslərinin həyat və yaradıcılığına media vasitəsilə işıq salmaq, onların gördüyü işləri təbliğ etmək və gənc nəsli maarifləndirməkdir.Üç nominasiya – ən yaxşı süjet, ən yaxşı videoreportaj, ən yaxşı videomüsahibə üzrə keçirilən müsabiqəyə dair tələblər aşağıdakılardır:
– Müsabiqədə media nümayəndələri iştirak edə bilər;
– Müsabiqəyə göndərilən videolar 3 dəqiqədən artıq olmamalıdır;
– İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 27-dək [email protected] ünvanına göndərməlidir;
– Hər iştirakçı bir videohekayə göndərə bilər;
– Müsabiqəyə təqdim olunan videohekayələr “Biz Şuşadan danışırıq” ön sözü ilə başlamalıdır.
Qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Müsabiqə qaliblərinə Təhsil Nazirliyinin sertifikatı və hədiyyələr təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…