Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ümumi siyasi diskussiyalar keçirilib. Müzakirələrdən əvvəl BMT-nin baş katibi üzv dövlətlərə təşkilatın işi haqqında öz illik məruzəsini təqdim edib.Azərtac xəbər verir ki, ənənəyə uyğun olaraq, Baş Assambleyanın kürsüsündən iştirakçılara ilk olaraq Braziliya və ABŞ prezidentləri Mişel Temer və Donald Tramp müraciət ediblər. Donald Tramp öz administrasiyasının uğurları barədə məlumat verib. Diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatı yüksək templə inkişaf edir. Tramp əminliklə bildirib ki, tezliklə ABŞ-ın hərbi gücü ölkə tarixində ən yüksək səviyyəyə çatacaq. “ABŞ iki il əvvəl olduğundan daha güclü, təhlükəsiz və zəngindir”, – deyə Ağ evin sahibi vurğulayıb. Tramp əlavə edib ki, onun ölkəsi digər dövlətlərə necə yaşamağı öyrətmək niyyətində deyil: “ABŞ sizə necə yaşamağı və işləməyi söyləməyəcək. Sizdən ancaq bizim suverenliyimizə hörmətlə yanaşmağı xahiş edirik”.Baş Assambleyanın əsas tədbiri isə sentyabrın 26-na nəzərdə tutulan Təhlükəsizlik Şurasının iclasıdır. Bu iclasa ABŞ Prezidenti sədrlik edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…