Keniyanın Nayrobi şəhərində BMT-nin Ticarət və İnkişaf Konfransının 14-cü iclası öz işinə başlayıb. Forumda ölkəmizi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məsul əməkdaşları təmsil edir. AZPROMO-dan Azərtac-a bildiriblər ki, iyulun 22-dək davam edəcək konfrans çərçivəsində debatlar və “dəyirmi masa”lar, tematik tədbirlər, Dünya İnvestisiya Forumu, Qlobal Əmtəə Forumu, Gənclər və Vətəndaş Cəmiyyəti forumları və digər tədbirlər təşkil ediləcək. Dünyada biznes mühitinin, ixrac və investisiyanın qlobal səviyyədə təşviq edilməsi, davamlı inkişafa, tərəqqiyə nail olmaq üçün müvafiq iqtisadi modellərə keçidin təmin olunması kimi mövzuları əhatə edən konfransda bir çox dövlət və hökumət başçıları, nazirlər və biznes cəmiyyətinin nümayəndələri, elm adamları iştirak edir. Konfrans çərçivəsində təşkil olunan ən mühüm tədbirlərdən biri kimi Dünya İnvestisiya Forumuna dünya liderlərinin iştirak etdiyi Qlobal İnvestisiya Sammiti ilə start verilib. Forumda investisiyanın təşviq edilməsi, sahibkarlığın inkişafı, maliyyə, müxtəlif regionlara investisiyaların cəlb olunması, özəl sektorun inkişafı və digər mövzular müzakirə olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…