BMT-nin iclasında aviasiya terrorizminin qarşısının alınması yolları müzakirə edilib.Dünyanın bütün dövlətləri aeroportlarda yoxlama prosedurlarını və nəzarəti, habelə mülki aviasiyada terror təhlükəsinin qarşısının alınması məqsədilə aeroport infrastrukturlarının təhlükəsizliyini möhkəmləndirməlidirlər.Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu fikri Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Mübarizə Komitəsinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) himayəsi ilə keçirilən iclasın iştirakçıları söyləyiblər.ICAO-nun baş katibi Fan Lyu vurğulayıb ki, terrorçu qruplar aeroportlarda təhlükəsizliyin təmini sistemində istənilən boşluqdan istifadə etməyə çalışırlar. Beynəlxalq birliyin vəzifəsi əməkdaşlıq yolu və yoxsul ölkələrə texniki yardım göstərməklə bu boşluqları aşkar etmək və aradan qaldırmaqdır. Hər gün dünyada 100 min mülki təyyarə 10 milyon sərnişin daşıyır. Aviareyslərdə sərnişinlərin sayı ildə 3,5 milyard nəfər təşkil edir.Belçika, Türkiyə və Birləşmiş Ştatlarda aeroportlara hücumlar, Somalinin “Daallo” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba partlayışı aviasiyada terror təhlükələrinə dair ciddi xəbərdarlıqlardır.Fan Lyu vurğulayıb ki, ICAO-nun himayəsi altında hava hərəkəti təhlükəsizliyinin təmin olunmasına dair bir sıra standartlar, prinsiplər və təlimatlar hazırlanıb və Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının əlavələrinə daxil edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…