Oktyabrın 19-21-də Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə BMT-nin Xüsusi Proqramının (SPECA) statistikaya dair layihə işçi qrupunun 11-ci iclası keçirilir. İclasda ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, komitənin dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov, statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavini Toğrul Əcəlov təmsil edirlər. Komitədən Azərtac-a bildirilib ki, iclasda SPECA proqramına dair rəsmi fəaliyyətlə yanaşı, statistik biznes reyestri üzrə beynəlxalq tövsiyələrin yerinə yetirilməsi və dayanıqlı inkişaf məqsədləri üzrə göstəricilərin tətbiqinə dair aktual məsələlər müzakirə olunur. İclas Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (BMT AİK), Avropa Azad Ticarət Assosiasiyası (AATA) və Qazaxıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Avrasiya İqtisadi Komissiyası, Avropa Azad Ticarət Assosiasiyası və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının nümayəndələri ilə yanaşı, tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanın statistika təşkilatlarının rəhbər işçiləri və əməkdaşları qatılıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…