BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən Qüdsün birtərəfli qaydada İsrailin paytaxtı kimi tanınması ilə bağlı bu şəhərin statusu məsələsini dekabrın 8-də müzakirəyə çıxaracaq.Euronews telekanalı xəbər verir ki, BMT TŞ-nin iclasının keçirilməsi üçün Təhlükəsizlik Şurasının üzvü olan səkkiz dövlət – Boliviya, Böyük Britaniya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç müraciət ediblər.Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib və həmçinin Amerika səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə sənəd imzalayıb. Birləşmiş Ştatlar konqresi ABŞ səfirliyinin Qüdsə köçürülməsi planını hələ 1995-ci ildə qəbul etmişdi. Lakin şəhərin mübahisəli statusu və problemin müsəlman aləmi üçün həssaslığı səbəbindən Amerikanın bütün prezidentləri bu qərarı o vaxtdan indiyədək təxirə salırdılar.Trampın dünən verdiyi bəyanat regionda gərginliyi artırıb. KİV-lərdə yayılan son məlumatlara görə, artıq İordan çayının qərb sahilində və Qəzzə sektorunda fələstinlilərlə İsrail əsgərləri arasında toqquşmalar baş qaldırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…