Afrikanın dörd ölkəsində – Yəmən, Nigeriya, Somali və Cənubi Sudanda BMT-nin yarandığı 1945-ci ildən bəri ən böyük humanitar böhran yaşanır. Həmin ölkələrin 20 milyondan çox sakini aclıq təhlükəsi ilə üz-üzədir. Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən qurumun baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O’Brayen məlumat verib.TASS informasiya agentliyi xəbər verir ki, Stiven O’Brayenin sözlərinə görə, beynəlxalq ictimaiyyət vəziyyəti nəzərə almasa, adıçəkilən ölkələrin ərazisindən bütün dünyaya yeni qaçqın dalğası başlayacaq və bu, bütöv regionlarda daha çox qeyri-sabitlik yaradacaq.“BMT-nin Yəmən, Nigeriya, Somali və Cənubi Sudanda humanitar əməliyyatların keçirilməsi ilə bağlı planı və əhaliyə kömək göstərmək üçün yüksək ixtisaslı əməkdaşları var”, – deyə o əlavə edib. O’Brayen bu planın yaxın 5 ayda reallaşması üçün 4,4 milyard dollar tələb olunduğunu vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…