Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar BMT-nin baş katibi Pan Gi Muna, Danimarkanın xarici işlər naziri Kristian Censenə, ölkənin xarici siyasət komitəsinin sədri Soren Espersenə, həmçinin parlamentin deputatlarına etiraz məktubu ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Azərbaycanın işğal olunmuş ərazilərində mövcud vəziyyətlə bağlı dərin narahatlıq ifadə edilir. Bildirilir ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması üçün səylər göstərir. Aprelin 2-nə keçən gecə erməni hərbi birləşmələri cəbhə bölgəsində dinc əhalini atəşə tutub. Ermənilər tərəfindən ağır hərbi texnikanın istifadə edilməsi nəticəsində mülki vətəndaşlar arasında ölən və ağır yaralananlar olub. Etiraz məktubunda qeyd edilir ki, uzun illər ərzində ermənilər tərəfindən törədilən hərbi təxribatlar, hücumlar nəticəsində xeyli sayda hərbi qulluqçu və dinc sakin həlak olub. Azərbaycanın əsas məqsədi sülhün və əhalinin təhlükəsizliyinin təmin olunmasıdır. Artıq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı təcavüzkarlıq siyasəti apararaq torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Bunun nəticəsi olaraq, bir milyondan artıq insan evsiz-eşiksiz qalıb. Bu faktlara baxmayaraq, Azərbaycan sülhə nail olmağa və əhalinin təhlükəsizliyini qorumağa çalışır. Məktubda Ermənistan dövlətinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etmədiyi diqqətə çatdırılır. Dünya ictimaiyyətindən tələb olunur ki, erməni qəsbkarlarını işğal etdikləri əraziləri qeyd-şərtsiz boşaltmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə vadar etsin.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…