İyunun 7-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının üçüncü gününə start verilib. Dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır.Azərtac xəbər verir ki, mundialın üçüncü günündə 13 yaş kateqoriyasında qaliblər müəyyənləşəcək. Həmçinin elit kateqoriyasında olan velosipedçilər mübarizəyə qoşulacaqlar.Mundialın üçüncü günündə Azərbaycanı Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə təmsil edəcəklər.Azərbaycan indiyədək Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatlarına uğurla ev sahibliyi edib. Velosiped idmanının Olimpiya növü olan BMX üzrə bu mundial isə Azərbaycanda keçirilən sayca dördüncü dünya çempionatıdır.Çempionatın keçirildiyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…