Velosiped idmanının BMX növü üzrə gələn ilin iyununda Bakıda təşkil olunacaq dünya çempionatı ilə əlaqədar oktyabrın 28-də dünya test yarışlarının praktiki yürüşlərinə start verilib.Azərtac xəbər verir ki, yürüşdə Rusiya, Fransa, Türkiyə, Yaponiya, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın velosiped komandalarının üzvləri iştirak ediblər. Oktyabrın 29-da saat 19:00-da final mərhələsi start götürəcək və dünya test yarışının qalibləri müəyyənləşəcək.Velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildə Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və qısa müddətdə böyük marağa səbəb olub.Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu birinci Avropa Oyunları ilə əlaqədar 2015-ci ilin əvvəlində istifadəyə edilib. Ötən il Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakıdakı treki də yenidən qurulub. Trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-nin yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.Xatırladaq ki, Bakıda BMX üzrə dünya çempionatı gələn il iyunun 5-9-da keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…