Efiopiyada “Boeing-737-8” təyyarəsinin qəzaya uğraması nəticəsində 35 ölkədən olan 157 nəfər həlak olub. Bu insidentdən sonra Çin hökuməti öz aviaşirkətlərinin sərəncamında olan “Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.Reuters agentliyi xəbər verir ki, qəzanın baş verməsi səbəbi hələ məlum olmasa da, Pekin 2016-cı ildən istifadəyə verilən və “Boeing-737” təyyarələrinin altıncı nəsli sayılan “Boeing-737 MAX 8”lərin uçuşlarının dayandırılması barədə qərar qəbul edib. Çin Mülki Aviasiya İdarəsinin bəyanatında deyilir ki, bu qərarın qəbul olunmasının səbəbi ötən ilin oktyabrında İndoneziyanın “Lion AIR” aviaşirkətinin də eyni markalı təyyarəsinin havada qəzaya uğraması ilə son insidentin bənzər olmasıdır.Ekspertlər ehtimal edirlər ki, ötən il baş vermiş qəzanın pilotun səhvi nəticəsində baş verdiyi məlum olduğundan, hələ ki, “Boeing”i ittiham etmək mümkün deyil. Bununla belə, Air China, China Eastern Airlines, China Southern Airlines kimi böyük aviaşirkətlərin daxil olduqları Çin mülki aviasiyası xəttə olan 90 ədəd “Boeing-737 MAX 8”lərin uçuşlarını dayandırıb.Çinin bu addımından sonra Efiopiya Hava Yolları da sərəncamında olan 4 ədəd “Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.Bundan başqa, bir neçə Şimali Amerika aviaşirkətləri də Efiopiyada baş vermiş qəzanın təhqiqatının nəticələrini gözlədiklərini bəyan ediblər. “Boeing” şirkəti isə həlak olanların ailələrinə başsağlığı verib və texniki kömək göstərməyə hazır olduğunu bəyan edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…