Böhranlar qövsü

7 Fevral 2016 21:37

Xəbər 738 dəfə oxunub

Dağlıq Qarabağ münaqişəsi Rusiyanın periferiyasında olan lokal çətinlik kimi yox, Avropa İttifaqının yaxın qonşuluğunda olan təhlükəli qeyri-stabillik və böhran mənbəyi kimi nəzərdən keçirilməlidir”.

 

Rusiya mətbuatının məlumatına görə, bu barədə “Avropa Siyasi Mərkəzi” adlı müstəqil beyin mərkəzinin “Dağlıq Qarabağ və Avropanın sərhədlərində olan böhranlar qövsü” başlıqlı araşdırmasında deyilir.

 

Araşdırmada qeyd edilir ki, 20 ildən çox müddətdə Azərbaycan və Ermənistan hərbi və diplomatik çıxılmazlığın içindədir və 2011-ci ildən başlayaraq Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun fəaliyyəti dalana dirənib. Bildirilir ki, 2015-ci il dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri bu duruma son qoymaq üçün İsveçrədə görüşsələr də, konkret bir razılıq əldə edilməyib: “Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinə mərkəzi rol verərək özünü münaqişənin həlli prosesindən kənarda qoyub. Avropa Qonşuluq Siyasətinin yeni icmalı etiraf edir ki, dondurulmuş münaqişələr regionun inkişafına əngəl törədir. Bütün bunlar onu deməyə əsas verir ki, yeni müharibə təkcə Avropa İttifaqı ilə bağlılığı olan Cənub Qaz Dəhlizi kimi enerji layihəsini risk altına qoymayacaq, həm də Avropanın miqrant axını kimi bir problem yaşadığı vaxtda yeni miqrant axını ilə üzləşməsinə səbəb olacaq. Aİ “yumşaq güc” bacarıqlarından, təcrübəsindən istifadə edərək innovativ təşəbbüslərlə çıxış edərək aparıcı rol oynamalıdır”.

 

Araşdırmada deyilir ki, Dağlıq Qarabağ münaqişəsi region geosiyasətinin dəyişməsi və regional qüvvələr arasında tarixi yarışdan ciddi şəkildə təsirlənib: “Bu gün Dağlıq Qarabağ Ukraynadan Suriya və Şimali Afrikaya qədər uzanan böhranlar qövsünə qoşulmaq riski ilə üzləşir. Lakin buna baxmayaraq, münaqişələrin həlli prosesinə cəlb olunan çoxları o düşüncədədir ki, Qarabağ qonşu regionlardakı xaosdan izolyasiya edilə bilər. Onlar qeyd edirlər ki, Minsk Qrupu həmsədrləri Qərb və Rusiya arasında münasibətlərin soyuqlaşmasına baxmayaraq, birlikdə işləməyə davam edəcəklər”.

 

Yazıda Rusiyanın Qafqazdakı roluna də diqqət çəkilir.

 

“Rusiya Cənubi Qafqazda eyni anda sülh yaradan (peacemaker), problem yaradan (troublemaker), silah təchizatçısı, regional polismen, iqtisadi hegemon və “ənənəvi dəyərlərin müdafiəçisi” qismində çıxış edir. Rusiyanın Ukraynadakı fəaliyyəti, həmçinin, daha yaxın tarixdə Xəzərdəki donanmasından istifadə edərək Suriyadakı hədəfləri bombalaması hərbi cəhətdən məqsədəuyğun ola bilər, lakin bu, həm də Rusiyanın bölgədəki “maço” obrazını gücləndirməsinə yardım edib. Həmsədrlərdən Rusiya xüsusi aktivdir. Xarici işlər naziri Sergey Lavrov son dövrdə danışıqlar prosesini irəliyə aparmaq üçün bir sıra ideyalar irəli sürüb. Detallardan heç nə məlum olmasa da, o bəllidir ki, bu ideyalar Fransa və ABŞ tərəfindən təsdiqlənib”.

 

Sonda Avropa İttifaqının bu sahədə fəaliyyətini effektiv ləşdirməsinin vacibliyi də vurğulanır: “Azərbaycan “Şərq tərəfdaşlığı”nın Riqa bəyannaməsində ərazi bütövlüyü və suverenlik kimi konsepsiyalara ciddi önəm verilməsini alqışlasa da, Bakı Krımın Rusiya tərəfindən işğalının vurğulandığı halda, Avropa İttifaqının Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalını vurğulamaqdan imtina etməsindən narazı qaldı. Münasibətlər Avropa Parlamentinin qətnaməsindən sonra daha da pisləşdi. Azərbaycan “Avronest”də iştirakını dayandırdı. Qətnamə bir sıra vacib məsələləri qaldırsa da, hazırlanma prosesi Avropa İttifaqının regiona dair vahid, koordinasiya olunmuş strategiyasının olmadığını göstərir”.

 

Araşdırmanın müəllifləri Amanda Paul və Dennis Sammut hesab edirlər ki, Aİ-nın xarici siyasət idarəsinin rəhbəri Federika Mogerininin fevralda planlaşdırılan səfəri münasibətlərdə “reset” düyməsinə basa bilər.

 

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42

Ankara 13 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub

Qurtuluş Savaşının mərkəzi olan Ankara 1923-cü il oktyabrın 13-də Anadolu düşmən işğalından azad edildikdən sonra gənc Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub. Birinci Dünya müharibəsinin sonunda Türkiyə işğal edildikdən sonra Qazi Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək Qurtuluş Savaşını başladır. Ankaranın savaşdakı əhəmiyyəti onun Geyve Boğazı, Kütahya və Afyon kimi düşmən işğalı altında olan mövqelərlə dəmir yolu əlaqəsi və kifayət qədər döyüş imkanlarına malik olmasından irəli gəlirdi. Müharibənin uğurunu təmin etmək üçün nizami orduların yaradılması qərarı da məhz Ankarada qəbul edilmişdi. Bu ordular İnönü, Sakarya və Dumlupınarda düşməni məğlub etdi. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da qazanılan zəfərlə başa çatdı. Bunun ardından 1923-cü il oktyabrın 9-da Türkiyənin xarici işlər naziri İsmət Paşa “Türk dövlətinin inzibati mərkəzi Ankara şəhəridir” ifadəsinin yer aldığı qanun layihəsini parlamentə təqdim edir. Qanun layihəsi həmin il oktyabrın 13-də Parlamentin Ümumi Məclisində səs çoxluğu ilə qəbul olunur. Ankara paytaxt elan olduqdan sonra şəhərdə sürətli tikinti və yenidənqurma işlərinə başlanılır. Xarici mütəxəssislər dəvət edilərək şəhərin gələcək planı hazırlanır. Yenidənqurma işlərində təhsil və mədəniyyət müəssisələrinə üstünlük verilir. Bu gün Türkiyənin paytaxtı elan edilməsinin 100-cü ili qeyd olunan Ankara dünyanın ən qabaqcıl və müasir şəhərlərindən biridir.

Oktyabr 13, 2023 15:06