Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü mübarizəyə qoşulub.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildirilib ki, 75 kiloqram çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı səkkizdəbir final mərhələsi çərçivəsində keçirilən döyüşdə Maks Van der Pasla (Hollandiya) üz-üzə gəlib. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. K.Şahsuvarlı rəqibini 3:2 hesabı ilə məğlub edib. O, dörddəbir finalda kolumbiyalı Xorxe Vivas Palasiosla qüvvəsini sınayacaq. Döyüş avqustun 29-da baş tutacaq.Şahsuvarlıdan fərqli olaraq, Lorenzo Sotomayorun debütü uğurlu alınmayıb. 64 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz səkkizdəbir final səddini keçə bilməyib. O, çətin keçən görüşdə misirli Eslam Muhamedə 2:3 hesabı ilə məğlub olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…