Boks Federasiyasının məlumatına görə…

26 Fevral 2018 13:18

Xəbər 890 dəfə oxunub

Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb.Azərtac Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, keçmiş SSSR-i çempionu Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda baş məşqçi Vaqif Şirinov 15 idmançıya şans verib.Turnirdə millimizin üzvləri 4 qızıl və 2 gümüş medal qazanıblar. Təmsilçilərimizdən Maqsud Xasmətov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Məhəmməd Yusifov (69 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Əflatun Babayev (52 kq) və İsmayıl Yaqubov (91 kq) isə ikinci yerlə kifayətləniblər.xeber100.com