Parisdə boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.Azərtac xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət millisinin heyətində yarışa Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (91 kq), Məhəmməd Abdullayev (+91 kq) qatılıblar.Qadınlardan ibarət yığmanın heyətində isə Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) yer alıblar.Dünya çempionumuz Cavid Çələbiyev səkkizdəbir finalda irlandiyalı boksçu Corc Batesi məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finala yüksəlməklə C.Çələbiyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.Yığmamızın daha bir üzvü Alfonso Dominqes isə Olimpiadaya vəsiqə uğrunda ilk döyüşündə Avropa Oyunlarının qalibi Stefan Hrekul (Ukrayna) ilə gücünü yoxlayıb. Səkkizdəbir final çərçivəsində baş tutan görüş A.Dominqesin qələbəsi ilə başa çatıb. O, dörddəbir finalda rusiyalı İmam Xatayev ilə üz-üzə gələcək. Bu çəki dərəcəsində ən güclü 6 boksçu Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.Xatırladaq ki, buna qədər yığmamızın üzvü Tayfur Əliyev “Tokio-2020”yə lisenziya əldə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…