Boks üzrə “B” kateqoriyalı beynəlxalq turnir təşkil olunub

29 Dekabr 2017 14:41

Xəbər 980 dəfə oxunub

Rusiyanın Saratov şəhərində gənclər və yeniyetmələr arasında boks üzrə “B” kateqoriyalı beynəlxalq turnir təşkil olunub.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, 13-cü dəfə keçirilən turnirdə Azərbaycanı DİN İdman Cəmiyyətinin 7 idmançısı təmsil edib.Cəmiyyətin yetirmələrindən Zaur İmaməliyev (38,5 kq) və Məhəmməd Bağırov (81 kq) bütün rəqiblərinə qalib gələrək qalib adını qazanıblar. Xalid Məmmədov (50 kq) və Turab Səngərli (69 kq) turnirin gümüş medalı ilə kifayətlənməli olublar. Daha üç idmançımız – Şahin Məmmədov (50 kq), Elşən Quliyev və Elmar Əhmədov (hər ikisi 52 kq) bürünc medallara layiq görülüblər.Komanda yarışa İdman Cəmiyyətinin müəllimi, Əməkdar Məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında hazırlaşıb.xeber100.com