Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir başa çatıb.Azərbaycan Boks Federasiyasından Azərtac-a verilən məlumata görə, Bakıda keçirilən yarışda yığmamızla yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayıblar. Komandamız turnirdə 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb.Millimizin heyətində Maqsud Xasmətov (49 kq), Əflatun Babayev (52 kq) və Amid Əlizadə (56 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Məhəmməd Yusifovla (75 kq) Zaur Musayev (81 kq) ikinci yeri tutublar. Digər boksçularımızdan Nurlan Səfərov (60 kq), Səlim Səlimov (64 kq), Cavid Qurbanov (69 kq), Elmir Süleymanov, İbrahim Məhəmmədhəbib (hər ikisi – 81 kq), İsmayıl Yaqubov (91 kq) və Elgün Nəzərli (91 kq-dan yuxarı) bürünc medalla kifayətləniblər.Bu nəticə Azərbaycanı komanda hesabında birinci edib. Yarışda ikinci yer Özbəkistana qismət olub. Asiyalılar Abbas Ağalarov turnirində 2 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. İlk üçlüyü isə Ukrayna yığması qapayıb. Ukraynalı boksçular 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.Qaliblərə diplom və kubok verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…