Boks üzrə beynəlxalq turnir keçiriləcək

6 İyul 2019 13:53

Xəbər 654 dəfə oxunub

İyulun 8-də Batumidə boks üzrə yeniyetmə və kadetlər arasında beynəlxalq turnir keçiriləcək.Azərtac xəbər verir ki, yarışlarda Azərbaycanı Əməkdar məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi ilə 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) və “Qızıl Əlcək” idman klubunun yetirmələri təmsil edəcəklər.Klubun və 1 saylı RİOEUGİM-in baş məşqçisi R.Allahverdiyev müsahibəsində yetirmələrinin Batumi turnirinə ciddi hazırlaşdıqlarını bildirib: “Komandamız turnirə hazırlıq məqsədilə təlim-məşq toplanışı keçib. Yarışda 25 boksçu çıxış edəcək. Batumi turniri kadetlər arasında keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır”.Beynəlxalq turnir iyulun 11-də başa çatacaq.xeber100.com