Boks üzrə beynəlxalq turnir start götürəcək

29 Aprel 2019 11:45

Xəbər 555 dəfə oxunub

Mayın 1-də Rusiyanın Stavropol şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.Azərtac xəbər verir ki, yarışda ölkəmizi 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, “Qızıl Əlcək” idman klubunun və 7 saylı Uşaq-Gənclər İdman Məktəbinin boksçuları təmsil edəcəklər.Yeniyetmə və gənclərin mübarizə aparacaqları turnirə mayın 5-də yekun vurulacaq.xeber100.com