Boks üzrə beynəlxalq turnir start götürəcək

14 Dekabr 2021 14:55

Xəbər 769 dəfə oxunub

Sabah – dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.4 gün davam edəcək yarışda Azərbaycan yığması 1 idmançı ilə təmsil olunacaq. Belə ki, millimizin üzvlərindən Mirşərif Kazımzadə rinqə çıxacaq. O, 75 kiloqram çəki dərəcəsində gücünü yoxlayacaq.Qeyd edək ki, yarışda püşkatma mərasimi dekabrın 14-də keçiriləcək.xeber100.com