Boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub

26 May 2023 14:40

Xəbər 308 dəfə oxunub

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Finala gedən yolda Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb. Turnirdə 66 kiloqram çəki dərəcəsində Şəhla Allahverdiyeva fransalı Fatia Benmessahellə üz-üzə gəlib. Həlledici mərhələyə rəqib yüksəldiyindən təmsilçimiz bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.xeber100.com