Boks üzrə dünya birinciliyinin püşkü atılıb

13 Aprel 2021 14:35

Xəbər 385 dəfə oxunub

Polşanın Keltse şəhərində keçiriləcək gənclər arasında boks üzrə dünya birinciliyinin püşkü atılıb.Azərtac xəbər verir ki, bu gün start götürəcək və 11 gün davam edəcək mundialda Azərbaycan millisinin üzlərinin də rəqibləri bəlli olub. Komandamızın heyətində rinqə yarışın birinci günü Əzrək Bəbirov (56 kq) çıxacaq. İdmançımız onaltıdabir finalda Maksat Jusipovla (Qırğızıstan) mübarizə aparacaq.Onaltıdabir finaldan yarışa qatılacaq boksçularımız – aprelin 14-də Əli Zamanov (52 kq) Ruben Qarboyan (Ermənistan), Əsəd Baxışov (91 kq) Ramazan Dadayev (Rusiya), ertəsi gün Cəlal Qurbanov (60 kq) Ferens Samu (Macarıstan), Samir Nəsirov (69 kq) Petar Knezeviç (Xorvatiya)-Mateus Urban (Polşa) cütünün qalibi ilə, ayın 16-da Elmir Novruzov (64 kq) Darian Kastro (Kuba), Cəfər Heydərli (75 kq) Villiam Çolov (Bolqarıstan), Murad Allahverdiyev (81 kq) Domeniko Vingiquerra (İtaliya) ilə üz-üzə gələcəklər. Aprelin 17-də isə səkkizdəbir finalda Nicat Hüseynov (49 kq) Salvator Di Noto (İtaliya)-Allan Morozov (Estoniya) cütünün qalibi ilə görüşəcək.xeber100.com