Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. Yetmiş beş ölkədən 243 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri məlum olub.Azərtac xəbər verir ki, millimizin heyətində 1 boksçu 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.Avqustun 26-da dünya çempionumuz Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) 1/16 final mərhələsi çərçivəsində hindistanlı Kumar Satiş ilə qarşılaşacaq. Bir gün sonra1/8 finaldan mübarizəyə qoşulacaq Lorenzo Sotomayor (64 kq) Eslam Muhamed (Misir)-Nurlan Kobaşev (Qırğızıstan), Kamran Şahsuvarlı (75 kq) isə Maks Van der Pas (Hollandiya)-Lester Martines (Qvatemala) cütünün qalibi ilə üz-üzə gələcəklər. Avqustun 28-də Pərviz Bağırov (69 kq) 1/8 final mərhələsi çərçivəsində Damian Kivior (Polşa)-Tuvşinbat Byamba (Monqolustan) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.Qeyd edək ki, yarışda avqustun 25-28-də ilkin döyüşlər baş tutacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər avqustun 31-nə və sentyabrın 1-nə təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…