Boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək

1 İyun 2016 15:12

Xəbər 888 dəfə oxunub

İyunun 16-dan 25-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək. Azərtac xəbər verir ki, sonuncu lisenziya yarışında yalnız kişi boksçular iştirak edəcəklər. Artıq yarışda çıxış edəcək boksçularımızın adı məlumdur. Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) doğma rinqdə Olimpiadaya lisenziya qazanmağa çalışacaqlar. R.Hüseynovun işi daha çətin olacaq. Çünki ən yüngül çəkidə yalnız finalçılar Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər. Turnirdə 75 və 81 kiloqram çəki dərəcəsində isə ilk beşlikdə yer alanlar “Rio-2016”da iştirak edəcəklər.xeber100.com