Polşanın Keltse şəhərində boks üzrə gənclər arasında dünya birinciliyi davam edir.Azərtac xəbər verir ki, turnirin üçüncü günündə üç boksçumuz rinqə çıxacaq. Belə ki, təmsilçilərimizdən Avropa çempionu Əli Zamanov bu gün ikinci görüşünə çıxacaq. Boksçumuz ilk qarşılaşmasında erməni idmançı Ruben Qarboyanı 3:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi tailandlı Tanakon Aonyaem olacaq. Digər boksçularımız Cəlal Qurbanov (60 kq) Ferens Samu (Macarıstan) ilə, Samir Nəsirov (69 kq) isə Petar Knezeviç (Xorvatiya)- Mateus Urban (Polşa) cütünün qalibi ilə ilk qarşılaşmalarında üz-üzə gələcəklər.Qeyd edək ki, yığmamız 52 ölkədən 414 boksçunun (274 oğlan, 140 qız) qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…