Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi sentyabrın 18-də Rusiyanın Nalçik şəhərinə yola düşüb. Baş məşqçi Vaqif Şirinovun rəhbərlik etdiyi komanda Avropa birinciliyinə hazırlıq çərçivəsində yoldaşlıq görüşləri keçirəcək.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildiriblər ki, millimiz sentyabrın 24-dək davam edəcək səfərdə üç qarşılaşma keçirəcək. Rəqiblər Qazaxıstan, həmçinin Rusiyanın Dağıstan və Çeçenistan respublikalarının yığmaları olacaq.Vaqif Şirinov, Əli İsmayılov və Etibar Abdullayevdən ibarət məşqçilər korpusu yoxlama görüşlərində Həsən İbrahimov (49 kq), Əflatun Babayev, Amil Əlizadə (hər ikisi – 52 kq), Orxan Həsənov (56 kq), Niyaməddin Allahverdiyev (60 kq), Məhəmmədəli İsmayılov, Bəxtiyar Qazıbəyov (hər ikisi – 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (91 kq-dan yuxarı) şans verəcək.Boksçularımızın Avropa birinciliyinə hazırlığının sonuncu mərhələsi isə oktyabrın 1-dən 18-dək Bakıda olacaq.Qeyd edək ki, qitə çempionatı Türkiyənin Antalya şəhərində baş tutacaq. Yarış oktyabrın 20-dən 29-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…