“Tokio-2020” Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik edilib.Boks Federasiyasından Azərtac-a bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyəsinə əsasən, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Yaponiyanın paytaxtında mübarizə aparacaq boksçuların çəki dərəcələri ilə bağlı qərar verib.Yeni proqrama əsasən, “Gündoğar ölkə”də də bu növ üzrə mübarizədə 13 dəst medal oynanılacaq. Ancaq növbəti Olimpiadada kişi boksçular 10 deyil, 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. Əvəzində qadın boksçularda iki çəki dərəcəsi artırılaraq, beşə çatdırılıb. BOK bu qərarı gender balansının qorunması ilə izah edib.Bununla əlaqədar AİBA tərkibindəki müvafiq komissiyalarla müzakirələr aparıb, optimal variantların tapılmasını tapşırıb. Həmin komissiyaların işinin nəticəsi isə iyulun sonunda bir araya gələcək İcraiyyə Komitəsinin illik yığıncağında müzakirəyə çıxarılacaq. Toplantıda “Tokio-2020”də boks yarışlarının hansı çəki dərəcələrində olacağı təsdiqlənəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…