Boksçular arasında Avropa birinciliyi başa çatıb

30 Oktyabr 2017 12:11

Xəbər 779 dəfə oxunub

Antalyada keçirilən gənc boksçular arasında Avropa birinciliyi başa çatıb.Azərbaycan Boks Federasiyasından Azərtac-a verilən xəbərə görə, 8 gün davam edən yarışın yekununa əsasən medal qazanan ölkələrin siyahısı açıqlanıb.Mundialda tam heyətlə təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medalların həm əyarına, həm də sayına görə Avropa birinciliyini 4-cü pillədə başa vurub.Ümumilikdə, 15 ölkə Antalyada medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.Siyahıda birinci yeri Rusiya yığması tutub. Şimal qonşularımız 5 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. İkinci pilləyə isə ev sahibi Türkiyə və boks ənənəsi ilə fərqlənən Ukrayna şərik olub. Hər 2 komanda 1 qızıl, 2 gümüş və 2 bürünc medala yiyələnib. Millimiz 33 ölkə arasında ümumi sıralamada 4-cü yeri tutub.Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) qızıl, Amin Kuşkov (75 kq) gümüş və Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) bürünc medal qazanıblar.xeber100.com