Oktyabrın 21-də Türkiyənin Antalya şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.Azərbaycan Boks Federasiyandan Azərtac-a verilən məlumata görə, 8 gün davam edəcək yarışa millimiz də qatılacaq.Komandamız birincilikdə tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.Yığmamızın heyətində Həsən İbrahimov (49 kq), Amid Əlizadə (52 kq), Orxan Həsənov (56 kq), Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Surət Qarayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) mübarizə aparacaqlar.Bakıdakı təlim-məşq toplanışını oktyabrın 19-da başa vuracaq yığmamız ertəsi gün Antalyaya yollanacaq. Avropa birinciliyinə isə 33 ölkədən 200-ə yaxın boksçunun qatılması gözlənilir.Qeyd edək ki, yarışda ölkəmizi 10 boksçu ilə yanaşı, beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov da təmsil edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…