İyulun 3-də Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.Azərtac xəbər verir ki, 9 gün davam edəcək çempionatda Azərbaycan həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.Oğlanlardan ibarət komandamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. Belə ki, baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Vüqar Məmmədovun rəhbərliyi altında boksçularımız Tofiq Quliyev (46 kq), Kənan Babayev (48 kq), Ənəs Ağayev (50 kq), Mahir Süleymanov (52 kq), Məhəmmədəli Qasımzadə (54 kq), Nadir Məlikov (57 kq), Fuad Babayev (60 kq), Fərhad Şeydayev (63 kq), Ziya Həsənov (66 kq), Lətif Həsənov (70 kq) və Eldar Əsədli (80 kq-dan yuxarı) yarışda qüvvələrini sınayacaqlar.Qızların yarışında isə yığmamız baş məşqçi Elbrus Rzayevin deyil, böyük məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında gücünü yoxlayacaq. Çempionatda ölkəmizin idman şərəfini Lilya Platova (54 kq), Emili Rzayeva (63 kq) və Ayna Rüstəmova (66 kq) qoruyacaqlar.Boksçularımız artıq Tbilisiyə yollanıblar. Yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun iştirakı gözlənilir.Qeyd edək ki, Avropa birinciliyinin püşkü iyulun 2-də atılacaq. Final görüşləri isə ayın 11-də baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…