Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub.
Federasiyadan verilən məlumata görə, 1/4 finala gedən yolda Azərbaycan millisinin daha 2 boksçusu rinqdən qələbə ilə ayrılıb.
Toğrul Quliyev (57 kq) Sonni Hollinqsvortla (İngiltərə) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib.
Səftər Məmmədzadə (90 kq) də 1/8 final səddini uğurla adlayıb. Yan Vimzalla (İBAC) döyüşən təmsilçimiz 5:0 (30:26, 30:24, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq boksçularımızın sayı 9-a çatıb. Quliyev və Məmmədzadə ilə yanaşı, Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdiyev (80 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaq.
Qeyd edək ki, Avropa birincililiyi avqustun 25-də yekunlaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
“Вниз по течению”…