İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinin finalçıları müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 2 boksçusu bu mərhələni də qələbə ilə başa vurub.Azərtac xəbər verir ki, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Casla üz-üzə gəlib. Boksçumuz rəqibinə heç bir şans verməyib və 5:0 hesabı ilə qələbə qazanıb. O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq.Yığmamızın 69 kiloqram çəki dərəcəsindəki təmsilçisi Nicat Həsənov da adını finala yazdırıb. Həmyerlimiz yarımfinalda şotlandiyalı Samuel Hikkini mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. N.Həsənov çempionluq uğrunda rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.Qeyd edək ki, final döyüşləri aprelin 25-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…