Boksçular arasında Avropa çempionatı başa çatıb

2 Aprel 2018 13:41

Xəbər 735 dəfə oxunub

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı başa çatıb. Azərbaycan millisi yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.Azərtac xəbər verir ki, çempionatın sonuncu günündə yığmamızın üzvü Tayfur Əliyev (56 kq) rumıniyalı Robert Eusebi Jitarunu sınağa çəkib. Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Avropa Oyunlarının mükafatçısı yarışı ikinci pillədə bitirib.Qeyd edək ki, T.Əliyevdən öncə Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) bürünc medalı rəsmiləşdirmişdi.xeber100.com