Rusiyanın Vladiqafqaz şəhərində keçirilən 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, turnirdə Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev (+91) Avropa çempionu adına layiq görülüb. Boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurka 5:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurub.Xatırladaq ki, turnirin əvvəlki günlərində Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) bürünc medala sahib olublar.Beləliklə, kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında dördüncü yerdə qərarlaşıb. Yarışda Rusiya boksçuları (7 qızıl) birinci, Bolqarıstan idmançıları (2 qızıl, 1 gümüş) ikinci, Ukrayna təmsilçiləri (1 qızıl, 3 bürünc) isə üçüncü yeri tutublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…