Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında səkkizdəbir final döyüşləri yekunlaşıb.Bu mərhələnin yekununa əsasən, Azərbaycan millisinin üzvləri – Ruslan Qədirov (54 kq) və Maqsud Xasmetovun (57 kq) rəqibləri dəqiqləşib. Səkkizdəbir finalda Başkim Bayokunu (Kosovo) 5:0 hesabı ilə məğlub edən Marian Çinio (Rumıniya) mərhələ adladığından ilk döyüşdən azad olan R.Qədirovla qarşılaşacaq. M.Xasmetov isə dörddəbir finalda Taha Akkoyunla (Türkiyə) gücünü yoxlayacaq. Qardaş ölkə təmsilçisi Matteu Teylora (İrlandiya) 5:0 hesabı ilə qalib gəldiyindən boksçumuza rəqib olub.Hər iki görüş martın 19-da olacaq.Həmin gün yığmamızın digər üzvləri Nicat Hüseynov (51 kq), Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) da yarımfinal üçün mübarizə aparacaqlar. Boksçularımız müvafiq olaraq, Antonio Payva (İrlandiya), İqor Kovtun (Ukrayna) və Hüqo Qrau (Fransa) ilə üz-üzə gələcəklər.Qeyd edək ki, Avropa çempionatında qaliblərinin adları martın 23-də məlum olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…