Boksçular arasında Azərbaycan birinciliyinə start verilir

3 İyun 2017 11:28

Xəbər 861 dəfə oxunub

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.Azərtac xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək yarış 6 gün davam edəcək.Birincilikdə ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparacaq.Yarışa qatılacaq 2003-2004-cü il təvəllüdlü boksçular 16 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər.Turnirin baş hakimi Anar Nağdiyev olacaq.Qeyd edək ki, yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.xeber100.com