Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub.Azərbaycan Boks Federasiyasından bildirilib ki, 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışı millimiz 4 medalla başa vurub.Hindistanlı Tali Taba və qazaxıstanlı Uslam Seksenbayevi məğlub edən Kənan Babayev (48 kq) finalda Vişvanat Sureşlə (Hindistan) üz-üzə gəlib. Döyüşdə rəqib qələbə qazandığından Avropa çempionumuz gümüş medala yiyələnib.Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də turniri ikinci yerdə bitirib. Mikita Maliuta (Ukrayna) və İvan Yermolenko (Qazaxıstan) üzərində qələbə qazanan boksçumuz finalda Aleksandr Zelinskini (Ukrayna) sınağa çəkib. Görüşdə rəqib qalib gəldiyindən Əlizadə fəxri kürsünün ikinci pilləsinə qalxıb.Beləliklə, yığmamız turniri 2 gümüş və 2 bürünc medalla başa vurub. Komandamızın heyətində daha öncə Daniel Xolostenko (71 kq) və Fətəli İsmayılov (80 kq) 3-cü yeri tutub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…