Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Azərbaycan yığma komandasının üzvü Kamran Şahsuvarlı (75 kq) çempionatın gümüş medalına sahib olub.Azərtac xəbər verir ki, həlledici görüşədək üç rəqibinə qalib gələn Olimpiya mükafatçımız finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb və 25 yaşlı boksçumuz Avropa çempionatında ikinci yeri tutub.Çempionatda millimizin beş üzvü dörddəbir finala kimi irəlilədiyindən dünya çempionatına lisenziya qazanıb. K.Şahsuvarlı ilə yanaşı, Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kiloqramdan yuxarı) avqustun 25-də Almaniyada start götürəcək dünya çempionatında iştirak etmək hüququna sahib olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…