Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan yığmaları mübarizə aparıblar.Azərtac xəbər verir ki, komandamız turniri 5 qızıl və 4 gümüş medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (91 kq-dan yuxarı) isə ikinci yeri tutublar.Bu göstərici Azərbaycan yığmasını komanda hesabında birinci sıraya yüksəldib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…