Boksçular arasında yarımfinal mərhələsinə yekun vurulub

3 Oktyabr 2022 10:41

Xəbər 254 dəfə oxunub

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.Azərbaycan millisinin 4 üzvü qələbə qazanaraq finalda iştirak hüququ qazanıb.Məhəmmədəli Aşurəliyev Armandas Kreqzden (Litva) və Artur Avetikyanın (Ermənistan) ardınca gürcüstanlı Levan Demurovi ilə qarşılaşıb. Yarışda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz bu dueldən də qalib ayrılıb. O, gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 4:1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. M.Aşurəliyev həlledici döyüşdə ingiltərəli Adam Maca ilə üz-üzə gələcək.Yığmamızın üzvü Məhəmmədəli Qasımzadə (57 kq) də finala yüksəlib. Nik Smirnov (Almaniya) və Kallum Karrageri (İrlandiya) mübarizədən kənarlaşdıran boksçumuz yarımfinalda latviyalı Nikolayes Zamyatinsi də məğlub edib – 5:0. O, finalda bolqarıstanlı Viktorio İliyevlə döyüşəcək.Oğlanlardan ibarət yığmamız kimi, qızlardan ibarət millimiz də həlledici görüşlərdə 2 idmançı ilə təmsil olunacaq. Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə çempionluq görüşünə vəsiqə əldə edib. Mahur Marikyana (Ermənistan) qalib gələn idmançımız yarımfinalda polşalı Silva Formeladan da güclü olub. O, 5:0 hesablı qələbəyə sevinib. N.Əlizadə finalda ingiltərəli Rubi Vaytla qüvvəsini sınayacaq.Emili Rzayeva (70 kq) Olqa Filipçuk (Ukrayna) səddini keçdikdən sonra Gül Yılmazla (Türkiyə) üz-üzə gəlib. Boksçumuz yarımfinal görüşünü 5:0 hesabı ilə aktivinə yazıb. O, finalda polşalı Yoanna Araszevskanı sınağa çəkəcək.Digər boksçumuz Aynur Mikayılova (50 kq) isə bürünc medalla kifayətlənib. Byanka Balintin (Almaniya) və Lamprini Giannakopoulounu (Yunanıstan) məğlub edən idmançı finala gedən yolda ingiltərəli Katerin Pumfri ilə qüvvəsini sınayıb. Rəqib mərhələ adladığından təmsilçimiz 3-cü yeri tutub.Bu, oğlan və qız boksçuların çempionatının birgə keçirilməyə başladığı 2018-ci ildən sonra yığmamızın rekordudur. Bu müddətdə heç vaxt 4 idmançımız finala yüksəlməyib. Millinin Avropa birinciliyini 5 medalla bitirəcəyinin rəsmiləşməsi də bu müddət üçün rekord göstəricidir. Həmçinin 2 qız boksçumuzun finala yüksəlməsi tariximizdə ilk dəfə qeydə alınıb.Qeyd edək ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışda final döyüşləri oktyabrın 4-də olacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02