Boksçular arasında yarımfinal mərhələsinin görüşlərinə start verilib

9 İyul 2021 22:06

Xəbər 294 dəfə oxunub

Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib.Azərtac xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) finala gedən yolda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib. Səkkizdəbir finalda Arseni Oniyenkonu (Ukrayna), ardınca Fyodor Kamanini (Estoniya) məğlub edən boksçumuz rinqdən yenə qalib ayrılıb. O, son Avropa çempionu D.Girleanuya 4:1 hesabı ilə qalib gəlib.M.Qasımzadə final görüşündə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq.Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.xeber100.com