Bolderinq növü üzrə açıq ölkə çempionatı keçiriləcək

9 Oktyabr 2017 14:10

Xəbər 763 dəfə oxunub

Oktyabrın 28-29-da Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına (FAIREX) məxsus “Clim Baku” İdman Dırmanması Kompleksində idman dırmanmasının bolderinq növü üzrə açıq ölkə çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, yarış Azərbaycanda dırmanma idman növünü geniş yaymaq, gəncləri və yeniyetmələri bu idman növünə cəlb etmək məqsədi daşıyır.Çempionatda 14 yaşdan yuxarı idmançılar arasında şəxsi və komanda üzrə yarışlar keçiriləcək. Komandanın tərkibində üç oğlan və bir qız olmalıdır.Yarışın qalibləri FAIREX tərəfindən hədiyyələr və Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılacaqlar.xeber100.com