Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə “ClimBaku” İdman Dırmanma Mərkəzində boldrinq üzrə açıq respublika çempionatı keçirilib.FAIREX-dən Azərtac-a bildiriblər ki, təsnifat, yarımfinal və final mərhələlərindən ibarət yarışda müxtəlif regionları təmsil edən klubların üzvləri mübarizə aparıblar.Yarışın birinci günündə hər iki kateqoriya üzrə təsnifat mərhələləri keçirilib. Bu mərhələləri müvəffəqiyyətlə keçən idmançılar finala vəsiqə qazanıblar. Yarışın ikinci günündə isə idmançılar yarımfinal və final mərhələlərində birincilik uğrunda mübarizəyə qoşulublar.Çempionatda oğlanlar arasında Rinat Rəhimxanov birinci, Çingiz Tağızadə ikinci, Qiqa Canhoteli üçüncü yerə çıxıblar. Qızların mübarizəsində isə Nitsa Tvauri, Leyla Əhmədova və Sima Səfərova fəxri kürsüdə yer alıblar.Komandalar üzrə keçirilən yarışda “Qafqaz”, “Gürcüstan”, “Gömrükçü” Dağçılıq İdman klubları müvafiq olaraq ilk üçlükdə qərarlaşıblar.Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları, FAIREX-in medal və sertifikatları ilə təltif olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…