Bolqarıstanın paytaxtı Sofiyada Avropa Şurası Nazirlər Komitəsinin 126-cı sessiyası keçirilir. Apa-nın xəbərinə görə, Azərbaycanı sessiyada xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir. Açılışda çıxış edən Bolqarıstan prezidenti Rosen Plevneliyev bildirib ki, Avropa Şurası qitədə dialoq, demokratiya və gələcəyə yönəlik ümumi həll yolları üçün platformadır. Müzakirə və qəbul edilməsi planlaşdırılan məsələlərə zorakı ekstremizm və radikallaşmaya aparan terrorizm təhdidi ilə mübarizə, qaçqın böhranına qarşı cavab tədbirləri görmək, Avropa İnsan Haqları Məhkəməsi sisteminin uzunmüddətli effektivliyinin təmin edilməsi, qonşu regionlara münasibətdə Avropa Şurasının siyasəti və Avropa ittifaqı ilə əməkdaşlıq məsələləri aiddir. Sessiyanın sonunda Bolqarıstanın xarici işlər naziri D. Mitov ölkəsinin sədrliyi ilə bağlı hesabat verəcək və sədrliyi Estoniyanın xarici işlər naziri Marina Kaljuranda təhvil verəcək. xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…