Bolqarıstanın Plovdiv şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, pəhləvanlarımız çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar.Sərbəst güləş yarışlarında “B” divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) ardıcıl olaraq Almaniya, Moldova və Bolqarıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə İran idmançısına da qalib gələn Mayis İbadov veteranlar arasında dünya çempionu olub.Yunan-Roma güləşi yarışlarında “D” divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. Həlledici görüşdə Polşa idmançısına məğlub olan təmsilçimiz mundialın gümüş medalına yiyələnib.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…