“Bordo” futbol klubu baş məşqçisi ilə yollarını ayırıb

8 Fevral 2022 14:49

Xəbər 541 dəfə oxunub

Fransanın “Bordo” klubu baş məşqçisi Vladimir Petkoviçlə yollarını ayırıb.Bu barədə Fransa mətbuatı məlumat yayıb.İsveçrəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Klubun mətbuat xidməti hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb.İstefaya komandanın uğursuz çıxışı səbəb göstərilir.“Bordo” Liqa 1-də turnir cədvəlində 19-cu sırada qərarlaşıb və elitada qalmaq uğrunda mübarizə aparır.xeber100.com