“Borussiya Dortmunt” və “Bavariya” klubları üz-üzə gəliblər

4 Avqust 2019 16:47

Xəbər 612 dəfə oxunub

Avqustun 3-də Almaniya Super kuboku uğrunda “Borussiya Dortmunt” və “Bavariya” klubları üz-üzə gəliblər.Azərtac xəbər verir ki, “Signal İduna Park” stadionunda baş tutan həlledici görüşdə Dortmund təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Qolları Pako Alkaser (48) və Jadon Sanco (69) vurublar.Bununla da “Borussiya Dortmund” komandası tarixində altıncı dəfə Almaniya Super kubokunun qalibi olub.xeber100.com