Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə ötən il Türkiyə üzərindən 253 milyon 976 min barrel xam neft göndərilib.Azərtac xəbər verir ki, bu barədə Türkiyənin “Botaş” şirkətinin məlumatında deyilir. Türkiyədən keçən dörd fərqli boru kəməri ilə 2016-cı ildə ümumilikdə 498 milyon 864 min barrel xam neft dünya bazarına göndərilib. Bu həcmin 50,9 faizi Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınıb.Qeyd edək ki, BTC-nin illik xam neft daşıma gücü 366,5 milyon barrel (50 milyon ton) səviyyəsindədir. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır.“BTC Ko.”nun səhmdarları belədir: BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz) şirkətləridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…