Londonda Böyük Britaniya-Afrika sərmayə sammiti öz işinə başlayıb. Azərtac BBC telekanalına istinadla xəbər verir ki, üçgünlük tədbirdə Böyük Britaniyanın Baş Naziri Boris Conson, Afrikanın 21 ölkəsinin dövlət və hökumət başçıları iştirak edirlər.Böyük Britaniya hökumətinin başçısı açılış mərasimindəki çıxışında vurğulayıb ki, onun ölkəsi artıq daş kömürdən və bu yanacaq növü ilə işləyən elektrik stansiyalarından imtina edib. O əlavə edib ki, London yenilənən enerji sahələrinin inkişafı, habelə iqtisadiyyatın dirçəldilməsi üçün Afrika ölkələrinə milyardlarla funt sterlinq sərmayə yatırmaq niyyətindədir.Afrika İttifaqına sədrlik edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi və digər ölkələrin liderləri Böyük Britaniyanın Afrikada sərmayə siyasətinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, sərmayələrin həcminin artması bu qitədə yeni iş yerlərinin açılmasına, yoxsulluq və quraqlıqdan əziyyət çəkən insanların Avropaya kütləvi immiqrasiyasının qarşısının alınmasına kömək edəcək.Sammitin iştirakçıları Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetlə də görüşəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…