Böyük Britaniya alimlərinin araşdırmasına əsasən…

19 Avqust 2016 13:33

Xəbər 831 dəfə oxunub

Alimlər sutkanın hansı vaxtında insan orqanizminin viruslara meyilli olmasını öyrəniblər. Kembric Universitetinin (Böyük Britaniya) mütəxəssisləri müəyyən ediblər ki, ziyanverici viruslar sutkanın digər vaxtları ilə müqayisədə səhər daha fəaldır və orqanizmə ziyan vurmağa qadirdir. “informing.ru” saytı xəbər verir ki, britaniyalı alimlər eksperiment apararaq sutkanın müxtəlif vaxtlarında laboratoriya siçanlarını qrip və herpes virusları ilə yoluxdurub və nəticəni müşahidə ediblər. Məlum olub ki, səhər saatlarında heyvanlar infeksiyanın təsirinə daha davamsız olublar – sutkanın bu vaxtında viruslar 10 dəfə çox fəal olub. İmmun sistemi onlara lazımi müqavimət göstərə bilməyib. Alimlər müəyyən ediblər ki, insanın bioloji saatı yuxu rejiminin tənzimlənməsi və oyaq qalmasından əlavə, immun sisteminə də ciddi təsir göstərir. Alimlər bildirirlər ki, bioloji saatın pozulması immuniteti təkcə səhər saatlarında zəiflədə bilməz. Yəni, növbəli işləyən və ya müxtəlif səbəblərdən saat qurşaqlarını tez-tez dəyişən insanlar üzrə aparılan tədqiqatın nəticələrinə də xüsusi diqqət yetirmək lazımdır.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05